Neftçalada və Abşeronda silsilə oğurluqlar törədilib: 6 nəfər tutulub - VİDEO

Neftçala rayonunda silsilə oğurluqla məşğul olan dəstə üszvləri saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, onlar ayrı-ayrı vaxtlarda evləri soyublar. Neftçala rayonu, Xıllı qəsəbə sakini Abbasağa Cabbarov polisə müraciət edərək, evindən 25 min Rusiya rublunun, 3 min manat dəyərində qızıl-zinət əşyalarının və 600 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib. Keçirilmiş əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Xıllı qəsəbə sakinləri, Rafiq Qədirov, Firudin Qafarov, Əmanət Umudov, Cəlal Miriyev və Abas Cəbrayılov saxlanılaraq polis şöbəsinə gətirilib. Məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda Xılllı qəsəbəsində ayrı-ayrı evlərə girərək 500 manat dəyərində xırdabuynuzlu heyvan, 10 min 770 manat dəyərində qızıl-zinət əşyaları və 1200 ABŞ dollları oğurlayaraq aralarında bölüblər. Abşeronda da silsilə oğurluqlar edən şəxs saxlanılıb. Zərdab rayon sakini, əvvəllər eyni əmələ görə məhkumluq həyatı yaşamış 28 yaşlı Qasım Abdullayev saxlanılıb. Onun Novxanı kəndində bir neçə evi qarət etdiyi məlum olub. Polislər evə oğurluğa girən Qasımı mənzildən qızıl apararkən tutublar. Oğurluqla məşğul olan Qasım Abdullayev saxlanılarkən üzərindən narkotik maddə də aşkar edilib. Hazırda onun digər oğurluq əməllərində iştirakının olub olmaması araşdırılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












