Neftdaşıyan gəmilər naviqasiya sistemini söndürdü

İsveçin "TankerTrackers" şirkəti İranın neftdaşıyan gəmilərinin naviqasiya cihazlarını söndürdüyünü açıqlayıb. Avtosfer.az “qaynarinfo”ya istinadən xəbər verir ki, şirkətin yaradıcılarından olan Samir Mədəni gəmilərin beynəlxaq izləmə sistemləri tərəfindən görünməmək üçün belə addım atdığını bildirib. Həmin gəmiləri sadəcə peyk vasitəsilə müəyyənləşdirmək mümkündür. Körfəz bölgəsində 11 milyon barel neft daşıma potensialına sahib 30 İran gəmisi var. İrana qarşı sanksiyalara görə 2,5 milyon barel neft ixracatı oktyabrda 1,6 milyon barelə enib. Şirkət bildirir ki, İran gəmilərinin gizlənməyə çalışması onların neft satışı ilə məşğul ola bildiklərini göstərmir. "TankerTrackers" satış prosesi barədə yox, nəqliyyat məlumatlarını əldə edir. Qeyd edək ki, rəsmi Vaşinqton 7 avqustda İranın neft, qiymətli daşlar, polad, kömür, alüminium, avtomobil ticarətinə qarşı ciddi sanksiyalar barədə qərar qəbul edib. Məhdudiyyətlərin 2-ci mərhələsi 5 noyabrda qüvvəyə minəcək.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












