Neftin bahalaşmasından zərər görən ölkələr - ADLAR

Neft və qaz qiymətlərinin artımı enerji idxal edən ölkələr üzərində təzyiq yaradacaq, eyni zamanda Azərbaycan kimi ixracatçıların gəlirlərini artıracaq. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) regional iqtisadi icmalında bildirilir. “Münaqişədən əvvəlki qiymətlərlə enerji resurslarının ticarətində mənfi balans xüsusilə Moldova, İordaniya, Tunis, Seneqal, Şimali Makedoniya, Mərakeş və Misir üçün böyükdür (ÜDM-in 5–11 faizi civarında). Bu ölkələrdən bəziləri, o cümlədən Livan, Misir, Seneqal və Mərakeş yüksək neft asılılığına malikdir, yəni hər bir ÜDM vahidi üçün daha çox barel neft istehlak edirlər. Eyni zamanda, neft və qaz ticarətində profisit ixracatçı ölkələr üçün ÜDM-in 11–39 faizi səviyyəsində proqnozlaşdırılır, bunlara Azərbaycan, Qazaxıstan, Monqolustan, Nigeriya və İraq daxildir, hərçənd İraq hazırda nefti tam şəkildə ixrac edə bilmir”, – hesabatda qeyd olunur. AYİB analitikləri bildirirlər ki, xammal ixracı idxaldan daha çox konsentrasiyalıdır və ixrac edən ölkələrin rifahı onların məhsullarının qiymətləri ilə sıx bağlıdır: “İdxalçı ölkələr üçün iqtisadi dinamika ilə enerji daşıyıcılarının qiymətləri arasındakı əlaqə adətən daha zəifdir”.
Bank hesab edir ki, Hörmüz boğazının davamlı şəkildə bağlı qalması neft qiymətlərini daha da artırmaq potensialına malikdir. “Növbəti aylarda neftə tələbat qiymətdən az asılı olacaq: kotirovkalar barel üzrə 180 dollar səviyyəsinə çata bilər, analitiklər isə 150–200 dollar intervalında dəyişkənlik proqnozlaşdırırlar. Uzunmüddətli perspektivdə yüksək qiymətlər tələbi azaltmalıdır, çünki sənaye müəssisələri enerji səmərəli texnologiyalara keçəcək, istehlakçılar isə zəruri olmayan mallar və xidmətlər üzrə xərcləri azaldacaq. Bununla belə, qiymətlər Ərəbistan körfəzindən ciddi tədarük məhdudiyyətləri olsa belə, təxminən 100 dollar/barel səviyyəsində stabilləşə bilər”, – hesabatda deyilir.
AYİB həmçinin xəbərdarlıq edib ki, qiymətlərin barel üzrə 100 dollara davamlı yüksəlməsi qlobal iqtisadi artımı ən azı 0,4 faiz bəndi azalda və kimya və metallurgiya məhsulları tədarük zəncirlərindəki pozuntuları nəzərə alaraq qlobal inflyasiyanı 1,5 faiz bəndindən çox artıra bilər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 3,6 milyon ton neft və bitumlu neft məhsulları ixrac edib və 1,7 milyard dollar gəlir əldə edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












