Neftin qiyməti sürətlə bahalaşa bilər

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini ləğv etməsi dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olub. Ekspertlər qısa zamanda neftin qiymətinin 80 dolları ötəcəyini düşünürlər. Avtosfer.az xəbər verir ki, Tramp İranla olan nüvə sazişini ləğv edərək dünya neft bazarında yeni bir tendensiyanın əsasını qoydu. Bu da ixrac olunan İran neftinin dünya bazarında azalması hesabına neftin həcminin aşağı düşməsi və nəticədə neftin qiymətinin sürətlə artması ehtimalıdır.
Trampın qərarını açıqladığı gün neftin qiymətinin artması bunun yaxın gələcəkdə daha böyük rəqəmlərlə ifadə olunacağından xəbər verir.
Ekspert Rəşad Həsənov bildirir ki, neftin qiyməti 90 dollara qədər bahalaşa bilər. Bahalaşma xüsusilə ilkin dönəmdə daha çox nəzərə çarpacaq.
İqtisadçı deyir ki, bunlar indiyə olan proqnozlardır. Çünki bir sıra qərb ölkələri Amerikanın nüvə sazişindən çıxmasını yaxşı qarşılamayıblar. Buna görə də ola bilsin ki, Qərb ölkələrinin heç də hamısı İrana qarşı sanksiyalara qoşulmadılar. Belə olacağı təqdirdə İran neftinə dünya bazarında olan təzyiqlər azala bilər. Qısacası dünya bazarının uzunmüddətli dövr üçün qiyməti Birləşmiş Ştatlarla Qərb ölkələrinin İrana qarşı birgə münasibətinin məcmusundan asılı olacaq.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












