Nəqliyyat eksperti: "Məktəbli avtobusu perspektivlidir"

Təhsil Nazirliyi təhsilin yaxşılaşdırılması və yüksək səviyyəyə çatması üçün uğurlu addımlar atır və yeni layihələr tətbiq edir. Layihələrdən biri də "Məktəbli avtobusu" layihəsidir.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacağını bildirib.
Burada əsas məqsəd məktəblilərin gediş-gəlişini asanlaşdırmaq və onların rahat təhsil almasını təmin etməkdir. Layihəyə müxtəlif yanaşmalar və fikirlər mövcuddur.
"Məktəbli avtobusu" müxtəlif aspektlərdən effektiv ola bilər. Bu, eyni zamanda nəqliyyat sıxlığının qarşısının alınmasında da mühüm oynaya bilər.
Mövzu barədə nəqliyyat eksperti Elməddin Muradlı söyləyib ki, "Məktəbli avtobusu" yolda sıxlığın qarşısını tam alan bir layihə deyil, amma buna müəyyən qədər imkan yaradacaq: “Tam olaraq sıxlığı azaltmaq üçün başqa işlər görülməlidir. Bu işlərdən biri də elə məktəbli avtobusu məsələsidir. Çünki məktəb vaxtı biz görürük ki, yollarda nə qədər intensivlik və hərəkətlilik var.
Xüsusən məktəb ərazisində dayanmış maşınlar ümumi hərəkətə mane olur. Bu da təbii ki, məktəbli avtobuslarını gündəmə gətirdi və dövlət proqramında bu məsələ öz əksini tapdı. Ümid edirik ki, sınaqlar uğurla keçəcək. Hansı məktəblərdə zərurət varsa, həmin ərazilərdə də bu avtobusların hərəkəti təmin olunacaq.
Ümumilikdə bu layihəni perspektivli görürəm və ümid edirəm ki, təhlillər nəticəsində ən səmərəli işlər görüləcək. Ən zəruri ərazilərdə bu məktəbli avtobusları təmin ediləcək. Çünki bir çox hallarda yaxın məsafələrdə buna heç bir ehtiyac qalmır".
Müsahibimiz qeyd edib ki, maariflənməyə də ehtiyac var: "Valideynlərlə də profilaktiki söhbətlər aparılmalıdır ki, daha çox ictimai nəqliyyata üz tutsunlar və yaxud da piyada hərəkətə üstünlük versinlər. Bunun üçün də həm də səkilər düzəlməlidir, yollar qaydaya salınmalıdır”.(Cross.media)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












