Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri açıqlanıb

Fransanın Nitsa şəhəri nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərləri reytinqinə başçılıq edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Nitsa sakinləri il ərzində orta hesabla 22 saat tıxacda qalır, evdən işə və əks marşrutla hərəkət üçün, təqribən, 40 dəqiqə sərf edir, ayda əmək haqqının 1,25%-ni gediş biletləri üçün istifadə edir. Reytinqdə ilk beşlikdə həmçinin Kuenka (Ekvador), Bilbao (İspaniya), Tuluza (Fransa), Kataniya (İtaliya) şəhərləri qərarlaşıb. Ümumilikdə reytinqə 74 şəhər daxil edilib. Reytinqi tərtib edənlər ictimai nəqliyyatla səyahətin orta vaxtı, dayanacaqda gözləmə müddəti, yolda məsafə, bir səyahət zamanı neçə nəqliyyat vasitəsi dəyişilməsi, eləcə də tıxacda sərf olunan zaman və orta əmək haqqı əsasında gediş biletinin bahalığı kimi amilləri nəzərə alıblar.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












