Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə ilə görüşüb. Avtosfer.az İqtisadiiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir əvvəlcə İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib. Azərbaycan-İran əlaqələrindən danışan Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər dəmir yolu sahəsində də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. S.Məhəmmədzadə Şimal-Cənub nəqliyat dəhlizinin inkişafı istiqamətində İran tərəfindən görülən işlər barədə məlumat verib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın Ərdəbil əyalətinin valisi Əkbər Behmanın da iştirak etydiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, İranın Ərdəbil vilayəti ilə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












