Nəqliyyat sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonunda “Məcburi əmək və insan alverinin qarşısının alınması” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması ”mövzularında seminar keçirib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdikləri seminar zamanı qeyd olunub ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Nəqliyyat sahəsində fəaliyyət göstərən işəgötürənlərin də bu məsələyə daim məsuliyyətlə yanaşmalarının, onların qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb. İşəgötürənlərin sualları cavablandırılıb, onlara müvafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












