Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir - BNA

Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, məqsəd bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəedilməsi Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Keçirilən görüşlər zamanı tətbiq edilən texnologiyalar və gələcək planlar, şəhərin nəqliyyat planlaşdırılmasında nəzərə alınması vacib olan məqamlar da müzakirə edilib. İSBAK mütəxəsissləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.
O ki, qaldı paytaxtda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının kondisionerli olmasına, qurum rəsmisi bildirdi ki, bu məsələ ilə bağlı agentlik konkret daşıyıcılar qarşsısında tələb qoyub.
Elə sərnişinlərin də ən böyük isətəyi köhnə avtobusların əvəzinə müasir və komfortlu avtobusların xidmətə başlamasıdır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO













