Nəsimi DYP ilə bağlı yayılan məlumat araşdırıldı -Vaqif Əsədov

Martın 6-da Nəsimi rayonu ərazisində yol polisi əməkdaşının xanım sürücünü saxlaması barədə məlumat yayılmışdı. Məlumatı gənc fəal Bəxtiyar Hacıyev sosial şəbəkələrdə paylaşaraq bildirmişdi ki, Nəsimi rayon DYPŞ-nin 99YP273 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan əməkdaşı xanım sürücünü saxlayaraq ona avtoxuliqanlıq etdiyini deyib.
Guya xanım sürücü də həkim olduğunu və xəstə yanına tələsdiyini əsas gətirərək buna görə qayda pozduğunu bildirib. Lakin YPX əməkdaşı həmin avtomobili cərimə meydançasına aparıb və guya xəstə bu səbəbdən dünyasını dəyişib.
Bakı şəhəri Dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hadisə rəhbərlik səviyyəsində tam şəkildə araşdırılıb və məlum olub ki, deyilənlər həqiqəti əks etdirmir. Sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edərək, sürət həddini aşıb. YPX əməkdaşı həmin sürücünü bu səbəbdən saxlayıb. Xanım sürücü həkim olduğunu və xəstə yanına tələsdiyini bildirib.
Yol polisi ona kömək etmək istəsə də sürücünün sənədləri də qaydasında olmayıb. İnspektor xanım sürücünün həddindən artıq həyəcanlı olduğunu və qəza törətmək ehtimalı olduğunu nəzərə alaraq avtomobili cərimə meydançasına aparmaq məcburiyyətində qalıb.
Xanım sürücü üçün taksi də sifariş verib. Amma sürücü taksidən imtina edib və başqa bir tanışının avtomobili ilə ərazini tərk edib. Araşdırma zamanı o da məlum olub ki, qeyd edilən xəstə günorta saatlarında dünyasını dəyişib. Amma hadisə gecə 11-12 radələrində baş verib. Həmçinin vəfat edən xəstənin həkimi də tamamilə başqa şəxs olub. Sözügedən xanım sürücüyə heç bir aidiyyatı olmayıb.
Orxan
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO










