“Nəşlərin tanınmasında özüm birbaşa iştirak etdim, gözümün şahidiyəm...”

Rusiyanın təhlükəsizlik orqanları tərəfindən qətlə yetirilən Səfərov qardaşları bu gün Ağcabədidə dəfn ediləcək.
Avtosfer.az xəbər verir ki, mərhum Ziyəddin və Hüseyin Səfərovların qardaşı Seyfəddin Hüseynli nəşlərin tanınması prosesində iştirak etdiyini və dəhşətli mənzərə ilə qarşılaşdığını bildirib.
“Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, ciddi addımlar atıldı. Qısa zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər. Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı.
Nəşlərin tanınmasında mən özüm iştirak etdim. Gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır, öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi və mən bunu böyük ağrı hissilə qarşıladım ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar. Təəssüf doğuran haldır ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi açıqlamada onların stabil vəziyyətdə, həyəcandan, ürək tutmasından dünyalarını dəyişmələrinin ağ bir yalan olduğu, Rusiyanın çirkin simasına xas uydurma olduğu mənim gözümün qarşısında təkrar öz təzahürünü tapdı”, - S.Hüseynli qeyd edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












