Niqablı qadınların avtomobil sürməsi qadağan edilib

Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib. Oxu.az xəbər verir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq həmin qaydanı təsdiq edib. Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz. Buna baxmayaraq məhkəmə qadının dəlillərini kafi hesab etməyib və ona izah edib ki, sükan arxasında sifəti bağlayan baş geyiminin qadağan edilməsi yol hərəkəti qaydaları pozulduğu halda sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün zəruridir. Bundan əlavə, belə baş geyimləri sürücünün digər hərəkət iştirakçılarını görməsinə mane ola bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












