Nişanlısının özündən 13 yaş böyük olduğunu öyrənən qız evdən qaçdı - VİDEO

Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur. Avtosfer.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.
Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb. Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb.
Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.
Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












