“Nissan” şirkəti direktorlar şurasının yeni sədrinin təyinatını təxirə salıb

Yaponiyanın “Nissan” şirkətinin direktorlar şurası həbs edilmiş Karlos Qonun yerinə yeni sədrin təyin edilməsinin təxirə salınması barədə qərar qəbul edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə dekabrın 14-də Kyodo agentliyi məlumat yayıb.
Xatırladaq ki, “Nissan” şirkəti yeni sədrin dekabrın 17-də təyin ediləcəyi barədə məlumat yaymışdı. Həmin qərarın qəbul edilməsi səbəbləri, həmçinin şirkətin direktorlar şurasının yeni sədrinin təyin ediləcəyi vaxt barədə məlumat verilmir. Bu ərəfədə yapon şirkətinin həbs edilən Karlos Qonun yerinə alyansın digər üzvü Fransanın “Renault” şirkəti tərəfindən təklif edilən namizədlər sırasından seçilməsi barədə təklifi qəbul etmədiyi bildirilir.
Dekabrın 10-da K.Qona və direktorlar şurasının üzvü Qreq Kelliyə qarşı 2010-2015-ci illərdə əldə olunan mənfəəti gizlətmələri ilə əlaqədar Yaponiya maliyyə qanunvericiliyinə əsasən rəsmi ittiham irəli sürülüb. İstintaqın məlumatına əsasən, K.Qon həmin dövrdə “Nissan” şirkətinin rəhbəri olaraq aldığı mükafatların təqribən 10 milyard yen (təqribən 89 milyon dollar) məbləğində hissəsini bəyan etməyib. Bundan əlavə, Tokio prokurorluğu 2015-2017-ci illərdə K.Qonun 4,2 milyard yen (37 milyon dollar) məbləğində mükafatlandırılmasının gizlədilməsi ilə əlaqədar onların həbsini dekabrın 20-dək uzadıb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












