Nömrənin itməsinin qarşısını necə alaq?

Bakıda son günlər müşahidə olunan subasmalarda çox sürücü nömrə nişanını itirdi. İndi onları yeni nömrə almaq üçün uzun prosedur və xərc gözləyir.
Ən əsası budur ki, qanun əvvəlki nömrənin duplikatını almağa imkan vermir. Bir çox sürücü üçün nömrə nişanı “müqəddəsdir”. Hər avtomobil dəyişdikdə nömrədəki rəqəmi saxlamaq üçün dəridən-qabıqdan çıxanlara çox rast gəlmişik. Bəs necə edək ki, itki ilə rastlaşmayaq?
Avtosfer.az xəbər verir ki, nömrənin avtomobilə yaxşı bərkidilməsi sürücünün vəzifəsidir. Nəzərə alaq ki, nömrə çərçivələri plastikdən olduğundan qırılma, ətraf mühitin təsiri ilə sərtləşmə qaçılmazdır. Bir neçə il istismarda olduqdan sonra bu çərçivələr boşalır və kiçik bir zərbədən açıla bilir.
Buna görə də, nömrə nişanını itirib əlavə problemlə üzləşməmək üçün ən doğru yol onu şurupla etibarlı şəkildə bağlamaqdır. 2 ədəd özükeçən şurupla (danışıqda samorez) kuzova bərkidilmiş nömrə nişanının kiçik zərbədən və ya su zərbəsindən düşmək ehtimalı azdır.
Ən əsası, kimdənsə pul qoparmaq üçün bahalı nömrələri açan şəxslər də bir qayda olaraq çətin açılan nömrələrə baş qoşmurlar. Digər tərəfdən, nömrəni şurup və ya boltla bərkitmək qayda pozuntusu hesab edilmir.
Vüqar Yaşaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












