Növbəti dörd günün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti dörd gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur: "Bu barədə əvvəldən xəbərdarlıq edilmişdi. Hazırda isə ölkə ərazisində güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. Belə hava şəraiti oktyabr ayının 6-sı gündüz saatlarınadək davam edəcək. Sabah gündüz saatlarında küləyin tədricən mülayimləşməsi gözlənilir. Oktyabr ayının 7-də də bəzi yerlərdə gün ərzində yağış yağması ehtimalı var". Direktor qeyd edib ki, oktyabr ayının 8-9-da hava şəraitinin nisbətən sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Şimal-şərq küləyi əsəcək".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












