Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

"Növbəti iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir". Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, may ayının 8-dək Bakıda və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Havanın temperaturu günorta saatlarında 22-27 dərəcə arasında dəyişəcək".
Növbəti günlərdə regionlarda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu 25-30, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












