Novxanıda attraksionda ölümə nə səbəb olub? - Təfərrüat

Novxanıda yerləşən "Aqua Park" əyləncə mərkəzində ölüm hadisəsi baş verib. Əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib. Avtosfer.Az lent.az-a istinadən xəbər verir ki, əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova Lent.az-a bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar: "Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki, Azərbaycan vətəndaşıdır. Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub".
Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: "Toqquşma halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər".
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










