Novxanıda piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayır

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Bayramzadənin cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 2019-cu ilin yanvar ayının 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 2-si saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini S.Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 4-də orada ölüb.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










