Nyu-Yorkda "Baku" və "Agdam" nömrə nişanlı avtomobillər yürüş keçirib - FOTO

ABŞ-da AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Trend-in məlumatına görə, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib. Tədbirlər Nyu-York şəhərində bir neçə yerdə təşkil edilib. Belə ki, mayın 20-də Nyu-York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz “Times Square”də bir araya gələrək dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Nyu-Yorkda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
Sonra Nyu-York şəhərinin Manhetten bölgəsindən Bruklin bölgəsinə AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Yürüşdə iştitak edən avtomobillərdə Azərbaycana aid nömrə nişanları (“Azerbaijan”, “Baku”, “Baku10”, “Baku55”, “Baku26”, “Agdam” və s.) xüsusi yer alıb.
Daha sonra isə soydaşlarımız AXC-nin 100 illiyini bayram şənliyi ilə qeyd ediblər. Mərasimdə Azərbaycan musiqiləri səslənib, qonaqlara milli mətbəxmizə aid təamlar təqdim olunub.
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı

















