Nyu-Yorkda qar həyatı iflic etdi - VİDEO

Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Nyu-York polisinin rəsmi “Twitter” səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub. Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur. Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur. İndi Uber 2,6 km üçün gediş haqqını 48 dollara qaldırıb. Halbuki əvvəllər eyni məsafə üçün gediş haqqı 18 dollar təşkil edirdi. Sinoptiklərin məlumatına görə, Nyu-York hələ bir neçə gün də qarın əsarətində qalacaq. Daha sonra yağışların yağması proqnozlaşdırılır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












