“OBA” marketin administratoru satıcıya sataşdı, bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib. Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib. Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub. Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.
***
"OBA" marketlər şəbəkəsi hadisə ilə açıqlama yayıb. Bildirilir ki, 01.08.2018-ci il tarixində Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərər çəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb: "Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücüm çəkib.
Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik".
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












