Ödənişli olması gözlənilən yolda sürət həddi artırılacaq: Qiyməti Tarif Şurası müəyyən edəcək - VİDEO

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı gözlənilir. Avtosfer.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən yolla bağlı bəzi məqamları açıqlayıb. Anar Nəcəflinin sözlərinə görə, həmin yolun ödənişli olması ilə bağlı aidiyyati qrumlara təkliflər gödərilib. Yoldan istifadənin qiymətini Tarif Şurası müəyyən edəcək. Anar Nəcəfli bildirib ki, həmin yolda avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edir. Yol ödənişli olduğu təqdirdə sürətin 110 km-dən artıq olacağı gözlənilir. Dünya təcrübəsinə əsasən, ödənişli yol istifadəyə verilən zaman mütləq ona alternativ yol da olmalıdır. Həmin yolun asfalt örtüyü keyfiyyət baxımından pullu yoldan geri qalmamalıdır. Qeyd edək ki, əvvəl Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun uzunluğu 204 kilometrdir. Hazırda həmin yoldan istifadə pulsuzdur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












