Ödənişli yollar sıxlığın aradan qaldırılmasına hesablandı - EKSPERT

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına görə, Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Fərmana əsasən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə haqq ödəniləcək. Bu haqq "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, ödənişli hərəkət zolaqlarının yaradılmasında əsas məqsəd tıxacların aradan qaldırılmasıdır. Qaydalara əsasən, sürücülər boş yerə yanacaq sərf etmədən, vaxt itirmədən, ödəniş edərək yolunu davam etdirə biləcək:
“Qərar əsasən, ödəniş hərəkət zolaqları şəhərin mərkəzi hissəsində həyata keçiriləcək. Bu da tıxacın sıxlığının aradan qaldırılması məqsədi daşıyacaq. Əsas sıxlığın aradan qaldırılmasına hesablanıb. Zolaqlar yaradıldıqdan sonra şəhərin müəyyən zonalarında nəqliyyat axını nizamlanacaq, sürücülərə alternativ vəsaitlə daha rahat hərəkət imkanı təmin ediləcək. Fikrimcə, ödənişli yollar üçün nəzərdə tutulan məbləğ elə də çox olmaz. Ödəniş üsulları- nağd, kart, POS-terminal və digər texniki tənzimləmələr növbəti mərhələdə açıqlanacağı gözlənilir”. (525.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












