Ödənişli yollarda tariflərin necə müəyyən ediləcəyi açıqlanıb

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir”. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya ilə dövlət sərhəddinə qədər avtomobil yolu tikilir: “Tikinti işlərinə bu il başlanılıb. Mövcud yolun 153-ci kilometrliyinə qədər hissənin yenidən tikilməsi nəzərdə tutulub. 1-ci texniki dərəcəyə malik, 4 hərəkət zolaqlı bu yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan yeni Bakı-Ələt-İranla dövlət sərhədi avtomobil yolu isə 270 kilometrlik yolu 40 kilometr qısaldıb”. S.Məmmədov onu da bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifləri müəyyən etmək səlahiyyətində deyil: "Qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiymətləri müəyyən edəcək”.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










