Ofis işçilərinə xəbərdarlıq: Çox oturmaq siqaret çəkməkdən daha təhlükəlidir

Klivlend Klinikası mütəxəssislərinin yeni geniş masştablı elmi araşdırmalarının nəticələri oturaq işdə çalışanlar üçün ürəkaçan deyil. Avtosfer.az medicina.az-a istinadən bildirir ki, Amerika Tibbi Jurnalında dərc olunan məqalədə alimlər 122 min pasiyentin testlərini təqdim ediblər. Eksperimentdə həmin insanlar 1991-ci ildən 2014-cü ilə kimi il ərzində 2-3 dəfə trenajorda testdən keçiblər. Qaçış trenajorunda pasiyentlərin ürək-damar, tənəffüs sistemlərinin müvafiq təzyiqə davamlılığı, orqanizmin aerob davamlığı, yəni müntəzəm ritmik təzyiqə tab gətirmək gücü yoxlanılıb.
İştirakçılar 5 qrupa bölünmüşdü:
-Elit - bura fiziki hazırlığı və davamlılığı peşəkar idmançılarda olduğu kimi ən yüksək olanlar
-Yüksək, orta, aşağı və ən aşağı.
Analizlər göstərdi ki, elit qrupun 60-70 yaş arasın iştirakçıları digərlərindən 30% daha çox sağlam və uzun ömür sürürdülər.
Həmçinin yüksək qrupa daxil olanların aşağı qruplara daxil olanlardan 50% daha çox ömür sürməyə şansları var.
Zəif, aşağı kardiorespirator davamlılığı olanların qəfil və erkən ölüm riski çox, diabet, hipertoniya olmaq riski 50% çoxdur.
Elit qrupla ən aşağı qrup üzvləri arasında ahı yaşa kimi yaşamaq riski statistik olaraq 500% yüksəkdir.
Kardioloq Vael Jaber yekun olaraq deyib ki, fiziki aktivlik dərman və müalicə vasitəsi olaraq insanlara təyin olunmalıdır. Yaşından asılı olmayaraq heç bir məhdudiyyəti yoxdur. Araşdırmada hətta siqaret çəkənlərin belə az hərəkət edən, oturaq həyat sürən insanlardan daha çox yaşama faizi olduğu aşkarlandı. Hesab edirik ki, oturaq həyat tərzinə xəstəlik kimi yanaşılmalı və pasiyenti oturmaqdan qaynaqlanan fəsadlardan qorumaq üçün məşqlərə yazmaq lazımdır.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










