Oğul 84 yaşlı atasını döyüb - Yevlaxda - VİDEO

Azərbaycanda oğul bibisi oğlu ilə birlikdə atasını döyüb. Avtosfer.az A24.az-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun Qaraməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1934-cü il təvəllüdlü Qarayev Sarış Qaçay oğlu 1978-ci il təvəllüdlü Qarayev Zaur Sarış oğlu tərəfindən döyülüb. S.Qarayev bildirib ki, oğlu onu bacısı oğlu ilə birlikdə döyüb. Daha sonra bel nahiyəsindən xəsarət alan yaşlı kişini xəstəxanaya aparmaq adı ilə ruhi-əsəb dispanserinə yerləşdiriblər.
84 yaşlı kişinin sözlərinə görə, oğlu onun adına olan bütün əmlakları özəlləşdirib. Həmçinin, onun təqaüd kartını da əlindən alıb.
“Oğlum məni evimdən də çıxarıb. Məni öldürmək istəyirlər. Mənim bütün mülklərimi əlimdən alıb və mənə hədə-qorxu gələrək məni yaşamağa qoymur” – deyə, o, bildirib. S.Qarayev bununla bağlı müvafiq qurumlardan kömək istədiyini qeyd edib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










