Oğurlanmış 170 min manatlıq avtomobil Azərbaycanda tutuldu – VİDEO

Azərbaycan vətəndaşı Babək Nəzərov kirayə adı ilə götürdüyü 170 min manatlıq avtomobili oğurlayıb. O, Almaniyadan qaçırdığı son model avtomobillə Azərbaycanda tutulub. Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Babək Nəzərovun idarə etdiyi "Mercedes'' markalı son model avtomobil saxlanılıb. Həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, avtomobil Almaniyanın Münxen şəhərində kirayə avtomobil verən şirkətlərdən birinə məxsusdur. Dindirmə zamanı Babək Nəzərovun digər cinayət əməlləri də üzə çıxıb. Dövlət Gömrük Komitəsindən onu da bildirdilər ki, Babək Nəzərov avtomobili kirayə götürdükdən sonra onun dövlət nömrə nişanını da saxtalaşdırıb. Hətta Babək Nəzərov kirayə şirkətinin avtomobilin qaçırıldığından xəbəri olmasın deyə ön sağ farasını çıxararaq Almaniyada qoyub. Çünki həmin farada olan ''GPS'' vasitəsilə şirkət avtomobillərinin hansı ərazidə hərəkətdə olduğunu izləyirmiş. Fakta görə onun barəsində cinayət işi başlanıb, istintaq gedir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO













