Oğurluq edən şəxsdən narkotik götürülüb - Haciqabulda

Haciqabulda oğurlu edən şəxsdən narkotik götürülüb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a Mil-Muğan bürosuna verilən məlumata görə, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 kvadratmetr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Sahib Ələkbərov saxlanılıb.
S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirinin davamı olaraq S.Ələkbərovun yaşadığı evdə və həyətyani sahəsində axtarış aparılıb. Nəticədə həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, ümumi çəkisi 95 qram olan qurudulmuş marixuana, yaşadığı evdən isə 186 ədəd çətənə bitkisinin toxumları eləcə də oğurladığı alüminium tərkibli sarğılar aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












