Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, R.Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq RPŞ-yə gətirilib. Müəyyən edilib ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












