Oğurluqla məşğul olan 3 nəfər saxlanılıb - Qubada

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a məlumat verilib. Məlumatda bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurması müəyyən edilib. Həmçinin keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub. Belə ki, rayon ərazisində yerləşən inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, Quba şəhər sakini M.Məmmədovun etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanılıb. Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa oğurluq hadisələrində iştirak edib etməməsi araşdırılır.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












