Oğuzda itkin düşmüş 23 yaşlı qadın tapılıb - FOTO

Oğuz rayonunda itkin düşmüş yerli sakin tapııb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 6-da evdən çıxan və geri qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast gəlinib. Qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar. "Dünən onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün ərzində Şəki şəhərində olub. Orada əvvəlllər kirayə yaşadığı evdə qalıb. İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım müalicə olunur", - deyə o bildirib. Lalə Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görmüşdülər. Qadın nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb. L.Nəbilinin 4 yaşlı qız övladı var.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












