Oktyabrda bizi güclü yağışlar gözləyir - Ekoloq tarixi açıqladı

Bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq. Avtosfer.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib. Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları artıq indidən sel və leysanlara qarşı hazırlıq işlərinə başlamalıdır. “Azərbaycanda yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsas var. Yağıntılar iqlim normasından bəzən çox olacaq”, - Zeynalov bildirib. Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağıb. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri həqiqi çaya çevrilib. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə çatıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












