Öldürülən kriminal avtoritet bu tanınmış siyasətçinin qohumudur - ŞOK FAKT

Xəbər verdiyimiz kimi, ötən gün Saatlı rayonunun Azadkənd kəndində kriminal avtoritet Əkbərov Oktay Saleh oğlu odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Məlum olub ki, 1967-ci il təvəllüdlü O.Əkbərovu qardaşı oğlu, 22 yaşlı Saleh Əkbərov öldürüb. Qətlin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Cinayəti törədən şəxs tutularaq istintaqa cəlb olunub. Avtosfer.az bildirir ki, azvision.az-ın əldə etdiyi məlumata görə, öldürülən kriminal avtoritet Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumudur. Faktı kənd sakinləri təsdiq ediblər. Bildirilib ki, uzun illər Rusiyada həbsdə olan O.Əkbərov Əli Kərimlinin əmisinin baldızı oğludur. Qeyd edək ki, O.Əkbərovun meyiti özünə məxsus "BMV" markalı avtomobildə aşkar edilib. O, dəfələrlə məhkumluq həyatı yaşayıb. Bir neçə ay əvvəl Rusiyada həbsdən çıxdıqdan sonra Azadkəndə qayıdıb.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












