Ölkədə avtomobil yanacağının tərkibi yoxlanıldı

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibinin (əsasən qurğuşunun miqdarı), atmosferə buraxılan zəhərli qazların miqdarının öyrənilməsi ilə bağlı yoxlamaları başa çatdırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yoxlanılan yanacaqdoldurma məntəqələri sırasında SOCAR-ın Gürcüstan nümayəndəliyinə aid məntəqələr də olub. Nazirliyin ətraf mühitə nəzarət departamentinin əməkdaşları ölkə üzrə 240 yanacaqdoldurma məntəqəsindən nümunələr götürüb. Yoxlamalar heç kimə xəbərdarlıq edilmədən aparılıb və götürülmüş nümunələr beynəlxalq arenada tanınmış laboratoriyalarda yoxlanılıb.
Nazirliyin yaydığı məlumatda deyilir ki, bütün növ avtomobil yanacağında qurğuşunun miqdarı Gürcüstan hökuməti tərəfindən müəyyən olunmuş normalara tam cavab verir.
Bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










