Ölkədə ən az poçt göndərişi bu ayda olub

Bu gün dünyada saysız çatdırılma xidməti mövcuddur. Hər gün yeni bir çatdırılma şirkəti fəaliyyətə başlayır və bu sektorda öz yerini alır.
Bəs Azərbaycanın milli poçt xidməti bu rəqabətə davam gətirə bilirmi? İl ərzində ölkədə neçə çatdırılma poçt vasitəsilə həyata keçirilir?
Avtosfer.az-ın məlumatına görə, by barədə Modern.az mövzu ilə bağlı “Azərpoçt” MMC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, son dövrlərə qədər əsasən klassik poçt xidmətləri göstərən “Azərpoçt” 2021-ci ildən etibarən transformasiya mərhələsinə keçib və bir sıra yeniliklərə imza atıb:
“Belə ki, son 3 ildə xidmətlərin sayında və formasında dəyişiklik edən milli poçt operatoru xidmət keyfiyyətində də irəliləyişlər əldə edib. Bunun nəticəsidir ki, poçt göndərişlərinin sayında stabillik müşahidə olunur və bəzən isə artım nəzərə çarpır. Belə ki, hər ay orta hesabla ölkə üzrə poçt şöbələrində 564,130 poçt göndərişi icra olunur”.
Cari ilin 9 ayı ərzində göstərilən poçt xidmətlərinə baxdıqda, poçt göndərişlərinin sayının ən az iyun ayında olduğunu görə bilərik:
“İyun ayında 484.258 ədəd göndəriş edilib. Ən çox göndəriş isə 625.889 ədəd olmaqla may ayında qeydə alınıb”.
Qeyd edilib ki, nəticə etibarilə 9 ayın yekununda poçt göndərişlərinin sayı 5.077.170 ədəd olub:
“Onu da qeyd edək ki, şöbələrimizdə poçt göndərişlərindən əlavə, ölkədaxili və beynəlxalq pulköçürmələri, elektron kommersiya göndərişləri, kommunal ödənişlərin icrası və digər oxşar xidmətlər də müştərilərə təqdim olunur”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












