“Ölkədə müasir dövrün avtomobillərinə maraq artıb” - AÇIQLAMA

Son illərdə dünya avtomobil bazarında müşahidə olunan texnoloji dəyişikliklər Azərbaycanda da öz əksini tapmaqdadır. Ənənəvi daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik, hibrid və plug-in hibrid texnologiyalı avtomobillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu artımın əsas səbəbi qiymətdir, yoxsa keyfiyyət?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yanacağın qiymətinin artması öz təsirini göstərdi:
“Bir ara dizel mühərrikli avtomobillərə maraq çox idi. Hökumət tərəfindən elə bir addım atıldı ki, artıq dizel yanacağı ilə benzin yanacağı arasında 10 qəpik fərq var. İnsanlar bilir ki, dizel mühərrikli avtomobillərdə səs çox olur, narahatlıqlar çox olur, qoxusu çox pisdir. Ən pisi də odur ki, dizelimiz də benzinimiz kimi yaman gündədir. Ona görə artıq insanlar fərqli bir istiqamətə yönəliblər və əslində yaxşısı da budur. İndi insanlar daha çox plug-in hibrid texnologiyalı avtomobillər alır. Elektrikli avtomobillərə də maraq çoxdur. Sadəcə bununla bağlı hələ ki, problemlərimiz var. Çünki elektrik doldurma stansiyalarının sayı kifayət qədər deyil və yaxud da yeri çox deyil. Bu gün çox təəssüflə bunu deyirəm ki, bəzi rayonlarımıza gedəndə heç normal yanacaq tapmaq olmur”.
Ekspert əlavə edib ki, elektriklə bağlı yalnız şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar düşünür:
“Ümumiyyətlə, maraq çoxdur. Son dövrlər gətirilən avtomobillərə baxsaq, görürük ki, daha çox hibridlər üstünlük təşkil edir. Plug-in hibridlər də yenilik kimi həyatımıza daxil olub. Elektriklə bağlı tam da yüksək göstərici yoxdur, amma ona da maraq çoxdur. Elektriklə bağlı müəyyən tərəddüdlər var. Elektrik doldurma stansiyalarından tutmuş, elektrikin yaratdığı təhlükələrə kimi. Yəni, bir çox problemlər var ki, bir çox ölkələr hələ də bunu necə həll edəcəyini bilmir. Ona görə Azərbaycanda da bu barədə ciddi düşünülsə, daha yaxşı olur. Ümumiyyətlə, müasir dövrün avtomobilləri bunlardır hələlik”.(demokrat.az)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












