Ölkədə rezonans doğuran cinayət: Ata-oğul polisi bişirib yedilər - FOTO

Keçmiş polis işçisini öldürüb, cəsədini parçalayıb, yeməkdə şübhəli bilinən ata-oğul saxlanılıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Ukraynanın Xarkov vilayətinin Saltivka şəhərində başsız cəsəd tapılıb.

Hissələrə parçalanmış cəsədin 45 yaşlı keçmiş polis işçisinə aid olduğu aşkarlanıb. O, oktyabr ayının 4-dən axtarışda imiş. Sabiq polis axırıncı dəfə iki nəfərlə içki içərkən görüntülənib.

"Cansız bədəni görəndə özümü itirdim. Onun başsız olub-olmadığına əmin olmaq üçün diqqətlə baxdım. Sonra hadisə yerinə gələn polislər cəsədin hissələrə ayrıldığını təsdiqlədi. Onun bədənindən ət parçası qoparılmışdı", - cəsədi tapan hadisə şahidi söyləyib.

Şübhəli şəxs kimi nəzərdə tutulan ata və oğulun evində aparılan axtarışlar zamanı eyvandan həmin kişinin başı tapılıb. Nə qurbanın, nə də qatillərin adı açıqlanır. Qatillər çılpaq halda, evlərində polis tərəfindən tutulub, qolları qandallanaraq yerə yatırılıb.

Saxlanılan 20 yaşlı oğlan ifadəsində atasının kişinin ayağından qopardığı ət tikələrini qaynatdığını söyləyib. O bildirib ki, kişinin cəsədini yeyiblər. Cinayət ölkədə rezonans doğurub. Hazırda araşdırmalar davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












