Ölkəni bürüyən “kitayski” maşınlar yanır

Ekspert xəbərdarlıq edir: “Çin istehsalı avtomobillər köhnəldikcə təhlükəli hallar da artacaq”
Son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillərin sürətlə artması müşahidə olunur. Xüsusilə də elektrikli modellərə maraq böyüyüb. Lakin axır vaxtlar baş verən bəzi hadisələr, o cümlədən yanğın və texniki nasazlıq hallarının qeydə alınması cəmiyyətdə narahatlıq yaradır.
Salyan rayonunda “Haval” markalı minik avtomobilinin yanması ilə bağlı son hadisə isə sualları daha da aktuallaşdırıb.
Çin avtomobilləri doğrudanmı təhlükə mənbəyinə çevrilir, yoxsa problem daha çox elektrikli avtomobillərin texniki xüsusiyyətləri ilə bağlıdır?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev avtomobillərdə baş verən yanğının səbəbini izah edərkən bildirib ki, yanğın halları müxtəlif səbəblərdən qaynaqlana bilər. Onun sözlərinə görə, xüsusilə köhnə avtomobillərdə daxili naqillərin köhnəlməsi bu riski artırır. O, həmçinin vurğulayıb ki, bu hallar avtomobilin istehsal olunduğu ölkə ilə bağlı deyil: “ABŞ, Yaponiya, Koreya və ya Çin istehsalı olmasından asılı olmayaraq, bütün avtomobillərdə bu cür hadisələr baş verə bilər. Sadəcə, hazırda Çin avtomobilləri bazarda daha geniş yayılıb və daha çox satıldığı üçün belə hadisələrdə onların adı daha çox hallanır. Ümumilikdə aparılan müşahidələr onu göstərir ki, avtomobillərdə yanğınların əsas səbəbi sonradan qoşulan əlavə avadanlıqların düzgün quraşdırılmamasıdır”,- deyə icraçı direktor qeyd edib.
Onu da bildirək ki, son illər Azərbaycanda Çin avtomobillərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Yerli avtosalonlarda yeni modellərin çeşidi genişlənib, şəhər yollarında isə “Changan”, “Geely”, “BYD” və “Chery” markalı Çin avtomobilləri tez-tez qarşımıza çıxır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ucuz qiymət və zəngin seçimə baxmayaraq, Çin avtomobillərinin bir sıra mənfi cəhətləri də var. İlk növbədə korroziya problemləri, ehtiyat hissələrinin qıtlığı, asqı və kardan hissələri kimi komponentlərin tez sıradan çıxması xüsusən də uzun məsafələrdə və çətin yol şəraitində sürücülərin qarşılaşdığı əsas problemlərdəndir.
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin fikrincə, Çin istehsalı avtomobillərin ən təhlükəli cəhəti batareyalarıdır. “Yeni Müsavat”a açıqlamasında ekspert bildirdi ki, batareyalar avtomobilin alt hissəsində olduğu üçün yerə dəyəndə, hər hansı formada zədə aldıqda yanma ehtimalı yaranır: “Ancaq ümumiyyətlə, avtomobillərdə yanma halları daha çox hər hansı müdaxilə ilə bağlı olur. Elektrik sisteminə müdaxilə, daha çox güc tələb edən işıqların, siqnalların qoşulması və s. yanmaya səbəb ola bilər. Avtomobilə yalnız istehsal zamanı nəzərdə tutulmuş orijinal ehtiyat hissələri qoymaq lazımdır ki, yanğın olmasın. Ölkəmizdə Çin istehsalı avtomobillərə maraq çoxdur. Sürücülər led lampalar, projektor kimi işıqlar, gizli yerlərə ucuz səs siqnalı cihazı, sayrışan işıqlar və s. əlavə avadanlıqlar əlavə edirlər ki, bu, qanun-qaydalara ziddir. Hazırda bütün dünyada Çin istehsalı avtomobillərə tələbat çoxdur. Pisləmək istəmirəm, lakin elektrik, batareya məsələsinə çox da güvənmək olmur. Demək olar ki, əksər hallarda akkumulyator zədə alan kimi yanğın başlayır, qapıların kilidlənməsi isə avtomobildən çıxmanı çətinləşdirir. Bu hal xarici ölkələrdə daha çox yaşanır. Azərbaycanda avtomobillər köhnəldikcə bu cür problemlər özünü göstərməyə başlayacaq”.(modern.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












