Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO

İyunun 19-u Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.
Avtosfer.az xəbər verir ki, tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin ödənilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.
Gömrük əməkdaşları bildirib ki, sahibkaralara və fiziki şəxslərə xidmətin göstərilməsi operativ qaydada həyata keçirilir, həmçinin gömrük ödənişləri nağdsız formada, bank vasitəsilə və ya internet üzərindən icra olunur.
Tədbir çərçivəsində həmçinin media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı seminar keçirilib.
Bildirilib ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin düzgün idarə olunmasına, məlumatların unifikasiyası və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Səfər
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












