Ölmüş şəxslərin pensiyasını alan 46 nəfər həbs edildi
Gündəm
24 Noyabr 2018 11:45

Şübhəlilərdən biri özünü 90 yaşlı qoca kimi qələmə verərək, 20 ilə yaxın müddətdə qanunsuz pensiya alıb
İspaniya polisi 6 milyon avroya yaxın fırıldaqçılığın üstünü açıb və ölmüş şəxslərin adına pensiya alan onlarla şəxsi həbs edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə polisin mətbuat üçün açıqlamasında bildirilir. Qeyd edilir ki, ölkənin 10 muxtar vilayətində 53 cinayət faktı - saxta sənədlərin hazırlanması, maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi üzrə 46 nəfər saxlanılıb. Şübhəlilərin əksəriyyəti ölmüş təqaüdçülərin ailə üzvləri, həmçinin dostları, yaxınlarıdır. Polis bildirib ki, saxlanılanlar pulları almaq üçün pensionerlərin ölümü faktlarını gizlədiblər və onların yaşaması haqda saxta arayış hazırlayıblar. Şübhəlilərdən biri özünü 90 yaşlı qoca kimi qələmə verərək, 20 ilə yaxın müddətdə qanunsuz pensiya alıb.
Oxunub : 953
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 13:46
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
18 Oktyabr 2026 12:44
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
18 Oktyabr 2026 09:17
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












