Ölüm işinə görə tutulan polis əməkdaşının həbs müddəti uzadılıb

Nəsimi Rayon Məhkəməsində Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Qazax rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İ.Süleymanov Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi ilə bağlı həbs olunub.
Xatırladaq ki, bir qədər əvvəl İ.Süleymanov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs olunub.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO










