Ölüm tunelinə girənlər: Nə qaydanı bilirlər, nə də qorxuları var

Sükan arxasında oturan hər bir sürücü bilməlidir ki, tunellərə daxil olan zaman avtomobilin sürəti 60 km/saata endirilməlidir. Eyni zamanda günün səhər saatlarında belə, tunelə daxil olan kimi avtomobilin yaxın işıqları yandırılmalıdır. Buna səbəb isə tunelin süni işıqlandırılmasıdır. Çünki tuneldə işıqlar qəfil sönərsə, avtomobil sahibləri idarəetməni itirə və qəza törədə bilərlər.
Təəssüflər olsun ki, bu qaydaya sürücülərin əksəriyyəti riayət etmir. Səbəb isə odur ki, sürücülər bu kobud qayda pozuntusunun qarşılığında cərimə edilməyəcəklərinə arxayındırlar. Elə buna arxayın olaraq mövcud qaydanı pozmaqda davam edirlər.
Ekspert Tural Yusifov bildirib ki, ümumiyyətlə, bütün bunlara səbəb sürücülərin peşəkar sürücülük təhsil almamaları dayanır: "Sürücülərin əksəriyyəti kurslara getmir, atası, əmisi ona avtomobil sürməyi öyrədir və bununla sükan arxasına otururlar. Test imtahanında da vəziyyət heç də ürəkaçan deyil. Sürücü olmaq istəyənlərə imtahanda praktik məsələlər deyil, texniki suallar düşür. O da məhz insanı çaşdırmağa və imtahandan kəsilməsi üçün nəzərdə tutulan bir taktikadır. Ona görə də vəziyyət bu hala gəlib çıxır".
Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, T.Yusifovun fikrincə bu problemin aradan qaldırılması üçün sürücülük imtahanında suallar praktikadan daha çox düşməlidir ki, imtahana hazırlaşanlar praktik məsələləri dərindən öyrənsinlər: "İmtahandan uğurla keçən şəxslər daha sonra savadlı müəllim yanına gedərək avtomobil idarə etməyi öyrənməlidirlər. Tunellərdə yaxın işıqların yandırılmasını və sürətin aşağı salınması məsələsini, heç olmasa, müəllim onlara praktikada desin. Əminəm ki, bu gün sürücülərin əksəriyyəti belə bir qaydanın olduğunu bilmir".
"Polis belə halda cərimə yazmır. İstəsələr, hər tunelə daxil olan sürücüyə yaxın işıqları yandırmadığı üçün 30 manat cərimə yaza bilərlər. Amma eləmirlər. Bu günə kimi heç bir sürücünün yaxın işığı yandırmadığına görə cərimə olunduğunun şahidi olmamışam", - deyə ekspert əlavə edib.
Tural Yusifov onu da qeyd edib ki, Bakı şəhərində kifayət qədər radar kameraları quraşdırılıb. Amma bəzi yerlərdə də kameraların qoyulmasına və nəzarətə ehtiyac var: "Düzü, mən kamera qoyulmasını çıxış yolu kimi görmürəm. Bu, sürücü mədəniyyətindən asılıdır. Bu cür problemləri həll etmək istəyiriksə, sürücülük imtahanının səviyyəsini artırmalıyıq və SSRİ dövründən qalma imtahan qaydalarında dəyişiklik etməliyik. Əks halda, belə problemlər qalmaqda davam edəcək".
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev isə deyib ki, Bakı şəhərində və ölkə ərazisində kifayət qədər kameralar və stasionar sürət ölçən radarlar quraşdırılıb: "Eyni zamanda DYP-yə aid olan Yol Patrul Xidmətinin Patrul Avtomaşınlarında da sürət ölçən cihazlar mövcuddur. Onlar tərəfindən də həmişə olduğu kimi qayda pozan sürücülər aşkar olunur və onlar barəsində elektron protokol tərtib olunur".
R.Quliyev vurğulayıb ki, tuneldə sürücülərin işıq cihazlarından düzgün istifadə etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 maddəsində öz təsdiqini tapıb.
"İşıq cihazlarından və səs siqnallarından düzgün istifadə edilməməsinə görə sürücüyə 30 manat cərimə tətbiq olunur. Dövlət Yol Polisi Əməkdaşları belə hallar baş verən zaman qayda pozan sürücüləri saxlayıb inzibati məsuliyyətə cəlb edirlər", - deyə Rüfət Quliyev əlavə edib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












