Ömürlük cəza alan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, F.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı ömürlük azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib. Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












