On iki həyat hadisəsi üzərindən dövlətin vətəndaşla təmaslarını qurmaqdayıq - Rəşad Nəbiyev

Azərbaycanda təxminən 12 həyat hadisəsi üzərindən dövlətin vətəndaşla təmasları qurulmaqdadır. Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Əgər vətəndaşın övladı doğulurdusa, əvvəlcə o, tibb müəssisəsinə yaxınlaşır, hətta orada proseslər rəqəmsallaşmışdısa belə ondan arayışı alır, sonradan Ədliyyə Nazirliyinə o arayışı fiziki şəkildə təqdim edir, nazirlik doğum şəhadətnaməni ona verirdi. Doğum şəhadətnaməsini götürdükdən sonra, - o da rəqəmsallaşmışdı, - vətəndaş fiziki şəkildə Dövlət Sosial Müdafiə Fonduna müraciət edirdi, ona müavinət təqdim edilirdi və bununla yanaşı, o, sənədini Daxili İşlər Nazirliyinə təqdim edərək şəxsiyyət vəsiqəsi alırdı.
Bu gün vətəndaşın övladı doğulduqda klinika artıq bu barədə məlumatı sistemə daxil edən kimi sistem məlumatları birbaşa Ədliyyə Nazirliyinə ötürür. Nazirlik həmin sistem vasitəsilə vətəndaşı məlumatlandırır ki, siz övladınıza ad verməyi elektron şəkildə təmin edə bilərsiniz. Hətta soyad seçimi imkanları da verir. Təbii ki, əgər o soyad bizim soyadlar siyahısında varsa. Beləliklə də bu məlumat avtomatik şəkildə, artıq proaktiv şəkildə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Müavinət vətəndaşın müraciəti olmadan müəyyən edilir, təyin edilir və onun kartına köçürülür", - deyə o qeyd edib.
"Beləliklə, növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması da təmin edilir. Cənab Prezident, biz həmçinin digər həyat hadisələrinə münasibətdə bəzilərini artıq tamamlamışıq, bəzilərində işlər davam edir və Sizin verdiyiniz tapşırığa uyğun olaraq mən əminəm ki, koordinasiyalı şəkildə həmkar nazirliklərlə bu prosesi daha da irəlilədə biləcəyik", - deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, hazırda qarşıda bəlli çağırışlar var: "Bəzi dövlət qurumlarında sənədlərin hələ də kağız formatında olması, qurumdaxili fəaliyyət hesab olunması, ümumiyyətlə, rəqəmsallaşmanın bəzi hallarda prioritetləşdirilməməsi, məlumatların pərakəndə və fərdi standartlarla saxlanılması gələcəkdə bizim üçün çox vacib olan verilənlər hövzəsinin, yəni "date lake"in yaradılmasını əngəlləyən məsələlərdəndir ki, "date lake"in və verilənlər bazasının olması bizim süni intellektdən nə qədər səmərəli istifadə edib-etməyəcəyimizi müəyyənləşdirən əsas amillərdən biridir.
Xidmətlər bir pəncərə üzərindən olmasa, yəni "mygov" olmasa, praktik şəkildə, fərdi şəkildə olan aplikasiyalar vasitəsilə biz vətəndaşla əməli münasibətlərimizi qura bilməyəcəyik.
Müavinlərin müəyyən edilməsi çox vacib amillərdən biridir. Sadəcə, nümunə olaraq deyim ki, biz təlimlər təşkil edərkən bəzən ayrı-ayrı müavinlər iştirak edir və bunun davamlılığını biz təmin edə bilmirik. Amma bir müavinin olduğu halda biz həm süni intellekt, həm rəqəmsal inkişaf, eyni zamanda, kibertəhlükəsizliklə bağlı onu dünyada gedən tendensiyalarla məlumatlandıra, biliklərlə təmin edə biləcəyik".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












