Onlara diplomatik rütbələr verildi - İkisi səfir, ikisi isə idarə rəisidir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev diplomatik xidmət orqanlarının bir neçə əməkdaşlına diplomatik rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Hacıyev Sultan Ağami oğlu və Nəsibov Ruslan Rafael oğluna birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O həmçinin , iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsidir.
Ruslan Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O, 2019-cu ilin dekabrında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Becanov Samir Arif oğlu və Nəcəfli Anar Cəfər oğluna isə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Samir Becanov Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin, Anar Nəcəfli isə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisidir.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












