Ordumuz düşmənin 5 hərbçisini məhv etdi – BƏYANAT

Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. O qeyd edib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfəri isə ağır yaralayıb: “Hazırkı Ermənistan hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib. Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək. Bunların hamısı Azərbaycan Ordusunun gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Əminəm ki, bundan sonra Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək o vaxtadək təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










