Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi - Yeni müharibə təhlükəsi

İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail nəşri "Ynet" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkənin silahlı qüvvələrinə yüksək döyüş hazırlığı vəziyyətinə keçmək əmri verib. O, "yaxın gələcəkdə" İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyib.
"Ynet"in mənbələrinin sözlərinə görə, İsrail Müdafiə Ordusu əvvəlki "Yüksələn şir" və "Şir nəriltisi" əməliyyatlarına bənzər ssenari üzrə mümkün hərbi addımlara hazırlaşır. Hazırda bütün planlaşdırma prosesləri sürətləndirilib.
Bununla paralel olaraq, İsrailin hərbi kəşfiyyat idarəsi İranda hərbi hədəflərin siyahısını hazırlayır. Bildirilir ki, prioritet olaraq raket sistemləri və onların buraxılış qurğuları nəzərdən keçirilir. Bununla belə, mənbələr vurğulayırlar ki, hələlik hərbi əməliyyatlarla bağlı yekun qərar verilməyib və görülən tədbirlər "istənilən ssenariyə tam hazır olmaq" məqsədi daşıyır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












