Orqanlarını satışa çıxaranlara icazə varmı? - VİDEO

Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, mövcud qanunvericiliyə görə, orqan satışına cəhd edənlər cinayət məsuliyyəti daşıyırlar. Gələcəkdə bu məsələdə qanun daha da sərtləşəcək. Burada söhbət transplantasiya prosesində iştirak edən bütün tərəflərin məsuliyyətindən gedir. Musa Quliyev deyir ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsinin hələ də həllini tapmaması qanuna yenidən baxmaq zərurətini ortaya çıxarıb. "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanununa ediləcək dəyişikliklərdə məhz meyitdən orqan götürülməsi məsələsi də öz əksini tapacaq. Musa Quliyev deyir ki, insanların öz daxili orqanlarını bağışlamaları mövzusunda ciddi maarifləndirmə işləri aparılmalıdır. Kimsə istədiyi kimi onu alıb-sata bilməz.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












