Ötən gecə Bakıdakı "selin" səbəblərini rəsmilər açıqladı - VİDEO

Ötən gecə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində Ukrayna dairəsindən Nargilə istiqamətində küçəyə mənbəyi məlum olmayan sular axıdılıb.
Avtosfer.az xəbər verir ki, sakinlərin Trend-ə verdiyi məlumata görə, həmin ərazidən keçən kanalizasiya xətlərinin birinin partlaması nəticəsində çirkab sular yola axıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ aydınlıq gətirib. O, Trend-ə açıqlamasında bildirib ki, küçəyə axıdılan çirkab sular olmayıb:
"Bir neçə gündür həmin ərazidə qışa hazırlıq işləri gedir. İstilik sistemlərinin hazırlıq vəziyyəti yoxlanılır. Küçəyə axan sular da istilik sistemlərindən çıxan sulardır".
Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə Trend-ə bildirib ki, Əhmədli qəsəbəsində, əsasən də Aşıq Ələsgər küçəsində "Azəristilik" tərəfindən köhnə borular yenilənir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












